AZ

Xaçmazda külək dam örtüyünü avtomobillərin üzərinə aşırıb - FOTO

Xaçmazda səhər saatlarından əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində ticarət obyektinin dam örtüyü uçaraq yolun kənarında dayanan avtomobillərin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, "Hyundai", "Mercedes", "QazEl" markalı üç avtomobilə və rabitə xətlərinə ziyan dəyib.

N.Nərimanov prospektində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hadisə yerinə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub. Hazırda fəsadların aradan qaldırılması üçün iş aparılır.

  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
  • Xaçmazda
Seçilən
21
5
day.az

6Mənbələr