AZ

Xərçəngə qarşı peyvənd PULSUZ VERİLƏCƏK

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin molekulyar biologiya laboratoriyasında bədxassəli şişlərə qarşı peyvənd hazırlanıb.

Bu peyvənd barədə laboratoriyanın rəhbəri, tibb elmləri namizədi Anna Stroqanova danışıb. O bildirib ki, bədxassəli şişlərə qarşı peyvənd apteklərdən xəstələrə verilməyəcək. 

Hamaley adına  Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzbur bundan əvvəl xəstələrin yaxın aylarda xərçəng peyvəndi almağa başlayacağını bildirib. O, dərmanın bir qrup melanoma xəstəsinə veriləcəyini qeyd edib.

Stroqanova qeyd edib ki, söhbət residiv və metastazın qarşısının alınmasından gedir. O, həmçinin qeyd edib ki, bu dərman fərdi şəkildə istehsal olunduğu üçün sərbəst satışa çıxarılmayacaq.

"Bu peyvəndi kimyaterapiya dərmanlarımız və ya hədəf terapiyamız kimi apteklərdə əldə etmək mümkün olmayacaq. Bu, onun malik olduğu şiş neoantigenləri nəzərə alınmaqla konkret bir şəxs üçün hazırlanması ilə əlaqədardır. Həmçinin, hər şey ilk klinik sınaqların necə keçəcəyindən asılı olacaq. İndi biz residivlərin, metastazların qarşısını almağa kömək edəcək nəticələrə çox nikbin baxırıq".

O, həmçinin deyib ki, bu günə qədər melanomalı xəstələr klinik sınaqlarda iştirak edirlər. Bu, peyvəndlərin ən təsirli olduğu ən immunogen şişdir. 

"Enteromix" xərçəng üçün mRNT peyvəndidir. Dərman Hamaley adına Mərkəz, Moskva Xərçəng Araşdırma İnstitutu və  Blokhin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi  ilə birgə hazırlanıb. Peyvənd rusiyalılara  pulsuz veriləcək.

Xəzər

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr