AZ

Madrid təmsilçisi "Barselona"nın futbolçusunu istəyir

Barselona"nın yarımmüdafiəçisi Mark Kasado karyerasını digər İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb. 

Xəbərə görə, onun xidmətində "Atletiko Madrid" maraqlıdır. Mənbə 21 yaşlı futbolçunun Madrid təmsilçisinə qoşulmağa can atmadığını, "blauqrana"nın heyətində daha çox oynamaq barədə düşündüyünü vurğulayıb.

Qeyd edək ki, Kasado ötən mövsüm bütün turnirlərdə 36 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 
Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı orda xətt oyunçusunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
18
fanat.az

1Mənbələr