AZ

Beyrutdakı partlayışın Azərbaycana zərbəsi: Ermənipərəstlərin şousu 

Bu gün Livanın paytaxtı Beyrutda baş verən partlayışdan 5 il ötür.


Adalet.az xəbər verir ki, 4 avqust 2020-ci ildə, Yerli vaxtla 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış baş verdi. Partlayış nəticəsində ən azı 218 nəfər öldü, 7 min nəfər yaralandı, 80 nəfər itkin düşdü. Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirdi. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi.


Beyrutdakı partlayışın Azərbaycana zərbəsi


1994-cü ildən etibarən, Qarabağ işğal olunduqdan sonra ermənilər qondardıqları “artsax respublikası”nı beynəlxalq aləmdə tanıtmaq üçün işə başladılar. Əsas məqsəd Qarabağ ərazisindən silah gücünə çıxardıqları azərbaycanlıların yerini doldurmaq, əhalinin sayında artım etmək idi. Xatırlayırsınızsa, 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirdi.
Bunun üçün ilk öncə ermənilərin kompakt yaşadığı şəhər və kəndlərdə rifahı qənaətbəxş olmayan və yaxud münaqişəli zonalarda təhlükə altında qalan ermənilərin Ermənistana daşınması, oradan da Qarabağa köçürülməsi prosesi başlandı. Təsəvvür edin ki, Ermənistan mediası o illərdə açıq yazırdı ki, Suriyada müharibə başlayandan 15 min suriyalı erməni Ermənistana köçüb.


Rəsmi mənbələr bildirir di ki, Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağa aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı: "Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13500-ə çatmışdı".
Bəli, onların bir qismi Qarabağa, Laçın rayonuna yerləşdirildi. 2018-ci ildə 76 belə erməni ailəsi Azərbaycanın işğal altında olan bu rayonuna köçürüldü. Eyni zamanda işğal illəri ərzində Livandan Qarabağa erməni köçləri də baş tutmuşdu.
Amma məlum parrtlayışdan sonra Livandan Ermənistana və işğal altında olan Dağlıq Qarabağa ermənilərin köçürülməsi məsələsi yenidən gündəliyə gətirildi. Ermənistanın diaspor üzrə ali komissarı Zare Sinanyan hadisədən sonra bildirdi ki, Ermənistan vətəndaşlığını qəbul etmiş 20 min livanlı erməni ölkəyə dönmək istəyir.

Köçərilərin vətən axtarmaq azarı 


Həmin dövrdə mediada gedən bir məlumatı sizə xatırlatmaq yerinə düşər:
“Beyrut limanındakı partlayışdan sonra Ermənistan rəhbərliyi Livan ermənilərinin Qarabağa köçürülməsi prosesinə başlayıb.
İşğal altındakı Azərbaycan torplaqlarında yaradılmış qondarma rejimin rəhbərinin köməkçisi Rudik Usnunts Livandan Qarabağa insanların köçürülməsi barədə danışıb.
“Mənim başçılığım altında işçi qrup yaradılıb. Biz 100-150 ailə qəbul etməyə hazırıq. Amma 1000 ailə gəlsə belə onları da yerləşdirməyə hazırıq. Biz Livan ermənilərinə ev, iş verə, cəmiyyətə inteqrasiya edə bilərik”.
Livandan köçürülən ermənilərin əsasən, bank işçisi, həkim, inşaatçı, zərgər və usta olduğunu deyən Usnunts onların Ermənistandan Qarabağa köçürülməsi işlərinə başlanıldığını əlavə edib.
“Yeni köçənlərə Yerevanda anketlər verilir. Burada onlar öz tərcümeyi-halı və ixtisası barədə geniş məlumat verirlər. Həmin ermənilərin işə düzəldilməsində anketlərdən istifadə olunacaq”.

Separatçıların rəsmisi Qarabağ köçmək istəyən ermənilərin bütün nəqliyyat xərclərini də ödədiklərini qeyd edib.
Xatırladaq ki, iyul-avqust aylarında Livandan Ermənistan 500-dən artıq erməni daimi yaşayış üçün köç edib”.

Növbəti "150 min erməni qaçqın" probleminin gündəmə gətirilməsi


Qarabağ adlı problem artıq bitib. Amma Türkiyə və Azərbaycan birliyini, qardaşlığını həzm edə bilməyən bəzi ölkələr, beynəlxalq qurum və təşkilatlar, senatorlar və konqresmenlər “Qarabağ” adlı növbəti problemin varlığına start veriblər. “Erməni qaçqınların”uydurulmuş sayı haqqında ağıllarına gələni danışmaqla növbəti bir münaqişəyə yol açırlar.
Məsələn ölkəmizə qarşı ədalətsiz yanaşması və ermənipərəst mövqeyi ilə seçilən Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Azərbaycana qarşı qərəzli olduğunu heç vaxtgizlətməyib. Beləki, Ermənistan tərəfi 100 min nəfər olduğunu iddia etsə də, Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Qarabağdan bir həftə ərzində 150 min insanın evlərini tərk etməsini dedi.
Bax elə o gündən Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilməsi, bəyanatlar yayılması sürətləndirildi.
Fransa, ABŞ konqresmenləri Azərbaycan üzərinə hərəkətə keçdilər və “er-mənilərin Qarabağa qayıdı¬şı” iddiasını irəli sürməyə başladılar.
Hələlik heç bir “uğur”a nail olmayan dünya ermənipərəstləri milçək kimi ürəkbulandırmaqda davam edirlər.
Suriyadan, Livandan köçürülərək qeyri qanuni şəkildə Qarabağa yerləşdirilmiş ermənilər növbəti bir problemə səbəb olublar.


Əntiqə Rəşid
 

Seçilən
4
adalet.az

1Mənbələr