AZ

Zelenskidən Rusiya ilə görüş haqda mühüm açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Mən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Prezident ofisinin rəhbəri Andrey Yermakla İstanbulda Rusiya nümayəndə heyəti ilə yeni görüşün hazırlanmasını müzakirə etdim”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında yazıb.

O, əsas məsələlər arasında hərbi əsirlərin mübadiləsinin olduğunu xüsusi qeyd edib.

“1200 nəfərin mübadiləsi ilə bağlı razılaşma var, siyahılar üzərində iş gedir”, – deyə Zelenski bildirib.

Bundan əlavə, Ukrayna lideri qeyd edib ki, ölkənin enerji sektorunun və bütün kritik infrastrukturunun istilik mövsümünə hazırlanması, Ukrayna hava hücumundan müdafiə sisteminin inkişafı və Rusiya logistikasına uzunmüddətli zərbələr məsələlərinə baxılacaq.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr