AZ

Almaniya elan etdi: 31 ölkə ilə yarış başladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Almaniya Avropanın ən güclü ordusunu yaratmağa qərar verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə BZ nəşri məlumat yayıb.

Bildirilib ki, Almaniya müdafiə xərclərinə görə NATO ölkələrini ötməyi planlaşdırır:

“Hakimiyyət silahların alınması üçün 60-dan çox müqavilə bağlamağa hazırlaşır”.

İyulun sonunda “Reuters”mənbələrə istinadən xəbər verib ki, Almaniya hərbi büdcəsini dörd dəfədən çox artırmağı planlaşdırır və hazırda hərbi texnika üçün bir neçə milyard dollarlıq sifariş hazırlayır.

O cümlədən, Berlin 20 Eurofighter Typhoon qırıcısı, üç min Boxer zirehli maşını və 3,5 minə qədər Patria piyada döyüş maşını almaq niyyətindədir. Təyyarələrin sifarişi 4-5 milyard avroya, hərbi maşınlar isə 17 milyard avroya başa gələcək. Ordunun bu avadanlığı 10 il ərzində alacağı gözlənilir.

Qeyd edək ki, Almaniya NATO üzvlərindən biridir. Hazırda Alyansın 32 üzvü var.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr