AZ

Türkiyə-Misir hərbi əməkdaşlığı Ərəb mediasının gündəmindədir

BAKI, TurkicWorld, Səməd Əyyubov – Türkiyə ilə ortaq silah istehsalı Misir Silahlı Qüvvələri üçün böyük üstünlük yaradacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Misir Hərbi Hava Qüvvələrinin sabiq Baş Qərargah rəisi general Həsən Rəşid “The New Arab”a verdiyi açıqlamada bildirib.

“Silah təchizatında yalnız bir və ya iki mənbəyə bağlı qala bilmərik. Bu səbəbdən hərbi əməkdaşlıq və ortaq istehsal razılaşmaları bizim üçün olduqca vacibdir” - deyə, Rəşid vurğulayıb.

Qeyd edək ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ötən ilin sentyabrında Ankaraya etdiyi səfər zamanı gündəmə gələn Türkiyə-Misir əməkdaşlığı məsələsi iki ölkə arasında hərbi və müdafiə sənayesi sahəsində münasibətlərin güclənməsi üçün əsas yaradıb. May ayında Misir Baş Qərargah rəisi, general-leytenant Əhməd Xəlifənin Türkiyəyə səfəri də bu əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı iradənin göstəricisi kimi qiymətləndirilir.

Ərəb mediasının məlumatına görə, Misir təkcə KAAN döyüş təyyarəsinə deyil, eyni zamanda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA), TRLG-230 raketləri, mini ağıllı sursatlar və L-UMTAS tank əleyhinə raket sistemlərinə də ciddi maraq göstərir. Ekspertlər bildirirlər ki, Misir, Qərb ölkələrindən asılılığı azaltmaq və müdafiə sənayesini gücləndirmək məqsədilə Türkiyə ilə əməkdaşlığı strateji xətt kimi qəbul edir.

Seçilən
7
turkic.world

1Mənbələr