AZ

Almaniya Avropanın ın güclü ordusunu qurmağa hazırlaşır

​BAKI, 3 avqust. TELEQRAF

Almaniya hakimiyyəti ölkənin silahlı qüvvələrini yenidən silahlandıraraq Avropada ən güclü ordu yaratmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “BZ” nəşri məlumat verib.

Nəşrə görə, Almaniya NATO ölkələrini müdafiə xərcləri baxımından üstələməyi hədəfləyir. Hakimiyyət 60-dan çox silahlanma müqaviləsi bağlamağa hazırlaşır. "Reuters" agentliyinin iyulun sonunda verdiyi məlumata əsasən, Almaniya 2026-cı ildə müdafiə büdcəsini 83 milyard avroya çatdıracaq ki, bu da 2025-ci illə müqayisədə 20 milyard avro çoxdur.

Berlin 20 “Eurofighter Typhoon” qırıcısı (4-5 milyard avro), 3000-ə qədər “Boxer” zirehli maşını (10 milyard avro) və 3500-ə qədər Finlandiya istehsalı “Patria” piyada döyüş maşını (7 milyard avro) almağı planlaşdırır. Bu texnikanın tədarükü 10 il ərzində gözlənilir. Həmçinin Müdafiə Nazirliyi çox sayda “IRIS-T” hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarına qarşı yüzlərlə “SkyRanger” sistemləri almağı nəzərdə tutur.

Kansler Fridrix Mertsin parlament dəstəyi ilə müdafiə xərclərini artırmaq üçün konstitusiyada borc məhdudiyyətlərini aradan qaldırıb. 2029-cu ilə qədər Almaniya NATO-nun ÜDM-in 3,5%-i həcmində müdafiə xərcləri hədəfini yerinə yetirməyi planlaşdırır.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr