AZ

“El adamı” – Cəmşid Hənifəyevə həsr olunmuş sənədli film təqdim olundu

Zarkend.az və "Zarkend TV” QAİ Basarkeçər İcması Zərkənd kənd İcmasının təşəbbüsü və maliyyəsi ilə hazırlanan "El adamı” sənədli filmi, görkəmli ziyalı və uzun illər Zərkənd sovxozuna rəhbərlik etmiş Cəmşid Hənifəyevin həyat və fəaliyyətinə həsr olunan yeni filmi təqdim edir.Film müəllifi Miraslan Bəkirlidir. O, Cəmşid müəllimin keçdiyi zəngin həyat yolunu sənədlər, canlı xatirələr və tarixi faktlarla təqdim edir.

Cəmşid Hənifəyev1926-cı ildə Basarkeçərin Zərkənd kəndində anadan olmuş Cəmşid Hənifəyev, 40 il boyunca sovxoz direktoru vəzifəsində çalışmış, iki dəfə Ermənistan SSR Ali Sovetinin deputatı seçilmiş və SSRİ-nin ən yüksək ordenləri ilə təltif olunmuşdur. Onun rəhbərliyi dövründə sovxoz bir neçə dəfə sosializm yarışının qalibi olub.

Filmdə həmçinin, xalqın yaddaşında iz buraxmış bir rəhbərin obrazı canlandırılır. "El adamı” təkcə keçmişi xatırlatmır, eyni zamanda bir dövrün kənd təsərrüfatı və ictimai həyatının güzgüsüdür.

Filmi izləmək üçün link:

YouTube: El adamı – sənədli film

Seçilən
2
ulusum.az

1Mənbələr