AZ

"Tramp avqustun 8-də Rusiyanı dağıdıcı şəkildə vuracaq" – ABŞ-dan Putinə xəbərdarlıq...


Prezident Donald Trampın rusları çəkindirmək üçün “müvafiq yerlərə” iki nüvə sualtı qayığı yerləşdirəcəyi açıqlamasının ardından ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq edilib.

ABŞ-ın NATO-dakı səfiri Mett Utaker, Trampın avqustun 8-də Rusiyaya dağıdıcı tariflər və sanksiyalarla zərbə vuracağını deyib. O bildirib ki, Rusiyanın heç bir dostu qalmayacaq. Onların ticarət tərəfdaşları olmayacaq və onların bu müharibəni maliyyələşdirmək imkanları yox olacaq.

Qeyd edək ki, Birləşmiş Ştatlar bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına məlumat verib ki, ABŞ prezidenti Tramp Rusiyanın Ukraynadakı müharibəsini avqustun 8-dək dayandırmaq istəyir. ABŞ-ın yüksək rütbəli diplomatı Con Kelli BMT TŞ-də bildirib ki, həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh danışıqları aparmalıdır: “Razılaşma vaxtı gəlib. Prezident Tramp açıq şəkildə bildirib ki, buna avqustun 8-nə qədər nail olmaq lazımdır. ABŞ sülhü təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin bəyanatlarına cavab olaraq iki nüvə sualtı qayığının müvafiq yerlərə yerləşdirilməsi barədə göstəriş verib.

TAHİR

Seçilən
13
baki-xeber.com

1Mənbələr