ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“2026-cı il qaçqınlarla bağlı problemlər, həmçinin terror aktları və inqilablar riskinin yüksək olması səbəbindən dünya üçün ən təhlükəli ildir”.
Globalinfo.az xəbər verir ki, bunu vaxtikən polşalı kəşfiyyatçı Kşiştof Yatskovski deyib.
Onun proqnozunu “Radio Eska” nəşri xatırladıb.
“O bildirib ki, Polşa 2026-cı ildə ən çətin dövrlərdən birini yaşayacaq. Siyasətçilər vətəndaş müharibəsi qorxusundan ölkədən qaçacaqlar. Bir qrup şəxs dövlətə xəyanət edə bilər. Bununla əlaqədar olaraq 2026-2028-ci illərdə respublikanın prezidentsiz qalması, bəzi torpaqların ayrılması mümkündür”, – deyə bildirilib.
Bundan əvvəl Britaniyanın “Metro” qəzeti 2025-ci il üçün görücü Vanqanın proqnozunu dərc etmişdi. Ona görə Rusiya beynəlxalq arenada hökmranlıq edəcək, Avropa isə əksinə, tənəzzül yaşayacaq.
Bundan əlavə, Vanqa Rusiya Prezidenti Vladimir Putinin “dünyanın ağasına” çevriləcəyini proqnozlaşdırmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.