Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Azərbaycan təbii qazının Suriyaya nəqli Türkiyənin bu ölkədəki enerji böhranının yüngülləşdirilməsində üzərinə götürdüyü rolun ən konkret örnəklərindən biridir".
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya nəqlinə dair yayımlanan süjetlərdə bildirilir.
Qeyd olunur ki, Azərbaycan mavi yanacağının bölgəyə çatması Suriyada yaşayan bütün etnik qrupların gələcəyə dair ümidlərini artırır.
Süjetlərdə vurğulanır ki ki, təbii qaz öncə Hələbdə elektrik enerjisinə çevriləcək və ilk mərhələdə Tadmor, Dəməşq, Hama şəhərlərinə elektrik enerjisinin verilişi başlayacaq. Qarşıdakı dövrdə beş min ev təsərrüfatı elektrik enerjisi ilə təchiz ediləcək.
Azərbaycan qazının bölgədə məskunlaşacaq əhalinin sayının artmasına təkan verəcəyi və bunun Türkiyədən, Avropadan suriyalıların öz ölkələrinə qayıdışına müsbət təsir göstərəcəyi vurğulanır:
"Suriya üçün həyati əhəmiyyət kəsb edən enerji əməkdaşlığı ölkədə istehsal, təhsil və gündəlik həyata çox müsbət təsir edəcək".
Ətraflı süjetlərdə:
Azərbaycanın təbii qazı Suriya üçün ümid oldu
Azərbaycanın təbii qazı Suriya üçün ümid oldu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.