AZ

Ölkəmizin qlobal arenadaki rolunun əyani sübutu

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Enerji bir dövlətin dövlət olaraq ayaqda qalması üçün həyati əhəmiyyət kəsb edən əsas ünsürlərdən biridir. Məhz bu səbəbdən müasir beynəlxalq münasibətlər sistemində enerji faktoru aparıcı təsir riçaqlarından biri kimi qəbul edilir və hər bir ölkə ona təhlükəsizliyinin əsas komponenti kimi yanaşır. O, doğru istifadə edildiyində əvəzsiz bir güc və etibar mənbəyidir.Azərbaycan zəngin enerji resurslarına malik və ondan doğru istiqamətdə, müstəqil siyasi qərarlar fonunda yararlanmağı bacaran azsaylı dövlətlərdən biridir. Ölkəmiz özünün enerji strategiyasını müxtəlif coğrafiyalar üzrə uğurla genişləndirir. Türkiyə üzərindən Suriyaya qaz ixracına başlanılması geopolitik çəkisi ağır, həm siyasi, həm iqtisadi, həmdə mənəvi cəhətdən önə çıxan tarixi əhəmiyyətli bir addımdır.Bilindiyi kimi Suriyada 2011-ci ilin martından başlayan hökumət əlehinə aksiyalar inkişaf edən xəttlə vətəndaş müharibəsinə çevrildi və ölkə faktiki olaraq xaosa sürükləndi. Ərəb baharı adlandırılan proseslər və böyük güclərin kəsişən geosiyasi maraqları fonunda Suriya adətən bir terror məskəni təsiri bağışlayırdı. Baas rejimi hakimiyyətini qorumaq üçün ölkəni faktiki olaraq Rusiya və İranın nəzarətinə vermiş, parçalanma ən üst səviyyəyə çatmışdı. Lakin ötən ilin sonunda Bəşər Əsədin devrilməsi ilə Suriyada yeni bir eranın təməli qoyuldu. Lakin ölkənin yenidən ayağa qalxması, siyasi istiqrarın əldə edilməsi olduqca ağır və məşəqqətli bir prosesdir və bu mənada Suriyanın dəstəyə ehtiyacı var. Bu kontekstdə Bakı, Ankara Dəməşq üçbucağında həyata keçirilən enerji nəqli indiki şəraitdə Suriyanın dövlət olaraq yenidən təşəkkül tapmasında həlledici rol oynayacaq. İlkin mərhələdə ölkənin işığa olan təlabatının müəyyən hissəsi qarşılanacaq və həyat normallaşmağa doğru gedəcək.Təbii ki, bu proses ilk növbədə ölkədə hələdə davam müəyyən daxili qarşıdurmaların həll edilməsindən sonra tam olaraq öz yerini tutacaq.Azərbaycanın Suriyaya qaz ixracına başlaması siyasi-iqtisadi qərardan daha çox mənəvi dəyərlərə söykənən bir addımdır. Azərbaycan 14 ildir hər cür əzab, işgəncəyə məruz qalmış Suriya xalqının həyata qalması üçün öz dost, qardaş əlini uzadır. Bu isə bütün mənfəətlərdən üstündür. Azərbaycan Suriyanın neft və qaz yataqlarının işlənməsin də öz dəstəyini nümayiş etdirəcək. Bu isə Dəməşqə stabil maliyyə axınını təmin etməyə imkan verəcək. Təbii ki, bu ilkin mərhələdir və perspektivlərdə olduqca yüksəkdir. Hesab edirəm ki, Azərbaycanın Yaxın Şərq strategiyası bu kimi uğurlu gedişatını davam etdirəcək.Göründüyü kimi, Azərbaycanın Suriya və Ukrayna kimi münaqişələrdən, işğaldan əziyyət çəkən ölkələrə öz yardım əlini uzatması ölkəmizin qlobal arenadaki rolunun əyani sübutdur.Pərviz Mirizadə, siyasi şərhçi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
newscenter.az

2Mənbələr