AZ

Polşa millisinin sabiq qapıçısı: “Barselona”nın oyunçuları ona topu vermirlər”

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Polşa yığmasının sabiq qapıçısı Yan Tomaşevski 36 yaşlı hücumçu Robert Levandovskinin "Barselona"dan ayrılmalı olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Mundo Deportivo"ya danışıb:

"Gəlin etiraf edək ki, bu sondur. Robert komandada artıq o qədər də populyar deyil və "Barselona"nın oyunçuları ona topu vermirlər. Robert bu klubda karyerasını elə indi başa vurmalı və daha az tələbkar komandaya getməlidir. Məsələn, Messi istisna olmaqla, dünyanın ən yaxşı oyunçularının üz tutduğu Səudiyyə Ərəbistanına.

Təbii ki, Levandovskinin qalmaq hüququ var. Lakin o, növbəti mövsümdə ehtiyatda qalacağını başa düşməlidir".

Qeyd edək ki, polşalı forvard ötən mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 42 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
sport24.az

1Mənbələr