Müəllif: Tamara Mustafayeva, Banco.az
İyulda Avrozonada inflyasiya 2 faiz səviyyəsində qeydə alınıb.
Banco.azxəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın və Avropa İttifaqının (Aİ) iyul ayı üzrə ilkin inflyasiya göstəricilərini yayımlayıb.
Buna əsasən, Avrozonada İstehlak Qiymətləri İndeksi (İQİ) iyun ayında olduğu kimi iyulda da illik 2% səviyyəsində qalıb və dəyişiklik olmayıb.
Bloomberg tərəfindən keçirilmiş sorğuda iştirak edən iqtisadçılar iyul ayında illik inflyasiyanın 1,9% olacağını proqnozlaşdırırdılar.
Avrozonada iyul ayında baza inflyasiya da illik əsasda 2,3% səviyyəsində sabit qalıb.
İyul ayında inflyasiyanın əsas komponentlərinə baxıldıqda, ən yüksək illik inflyasiya 3,3% ilə ərzaq və tütün məhsullarında qeydə alınıb. Bu göstəricini 3,1% ilə xidmət sektoru izləyib.
Avropa Mərkəzi Bankı inflyasiyanın orta müddətli dövrdə 2% səviyyəsində qalmasını hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!