AZ

Hatəmi: İsrailin İrana hücum təhlükəsi hələ də davam edir

​BAKI, 3 avqust. TELEQRAF

İsrailin İrana hücum təhlükəsi hələ də davam edir və münaqişə tam başa çatmayıb.

Teleqraf xəbər verir ki, bunu İran Ordusunun baş komandanı general-leytenant Əmir Hatəmi deyib.

“Hətta 1% hücum ehtimalını belə 100% təhdid kimi qiymətləndirməliyik. Düşməni aşağılamaq və təhdidlərin keçmişdə qaldığını düşünmək olmaz", - o qeyd edib.

Hatəmi İranın raket qüvvələri və pilotsuz uçuş aparatlarının yeni təhdidlərə qarşı hazır vəziyyətdə olduğunu vurğulayıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr