AZ

Türkiyə "Qızılelma" pilotsuz döyüş təyyarəsinin seriya istehsalına başlayıb

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanıb istehsal olunan “Kızılalma” pilotsuz döyüş təyyarəsinin seriya istehsalına başlayıb. Bu barədə Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar məlumat verib.

""Kızılelma" seriyalı istehsala girdi. Ümid edirik ki, gələn il istifadəyə veriləcək. İşimizə davam edirik. "Kızılelma"nın altıncı prototipi hazırda istehsal xəttindədir", - deyə Selçuk Bayraktar bildirib.

O qeyd edib ki, Türkiyə hazırda pilotsuz uçan aparatların kütləvi istehsalını həyata keçirən və dünya bazarının 65%-ni tutan ölkə kimi dünyada birinci yerdədir. Bayrak sədri dronlarla bağlı məlumatları da əlavə edib.

"Kızılelma" qırıcısı pilotsuzdur. PUA-lar əvvəllər kəşfiyyat vasitəsi idi, ancaq döyüş maşınına çevrildilər. Ən çox döyüş maşını və hərbi texnikanı zərərsizləşdirdilər. Bayraktar TB2 buna nail oldu", - Bayraktar vurğulayıb.

O, həmçinin əlavə edib ki, aviasiyanın gələcəyi sürü halında uçan ağıllı və robot dronlarda, eləcə də pilotsuz qırıcılardadır.

Xatırladaq ki, “Bayraktar Kizilelma” pilotsuz hərbi səsdən sürətli təyyarə avqustun 30-da Samsunda (Türkiyə) keçirilən texnologiya festivalında təqdim edilib.

Əziz Mustafa

Seçilən
12
oxumeni.az

1Mənbələr