ain.az bildirir, Qol.az portalına istinadən.
Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində ilk rəsmi oyuna çıxacaq.
QOL.az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ilk oyununda "Hannover"in qonağı olacaq.
Mahir Emreli Bakı vaxtı ilə saat 15:30-da başlayacaq qarşılaşmanın start heyətində yer alıb.
Qeyd edək ki, M.Emreli bu yay "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb. O, yeni mövsümə hazırlıq çərçivəsində keçirilən 5 yoxlama oyununda iştirak edib və 3 qol vurub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.