AZ

Dostlarım deyir ki... Puqaçova sirrini açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“76 yaşında cazibədarlığın sirri yaşda deyil, insanın daxili aləmindədir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı müğənni Alla Puqaçova deyib.

“Məsələ ondadır ki, 50 yaşından sonra həm qadınların, həm də kişilərin simasında öz mahiyyəti əks olunur. Bu, zahiri görkəmlə bağlı bir şey deyil”, – o bildirib.

Prima Donna qeyd edib ki, dostlarının fikrincə, o, real həyatda ekrandan daha yaxşı görünür:

“Amma hər zaman yox!”.

Qeyd edək ki, aprelin 15-də Alla Puqaçova 76 yaşını qeyd edib. Ukraynada müharibə başlayandan sonra müğənni əri və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib.

Leyla Əlisoy

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr