AZ

Tramp Türkiyədən icazə almalıdır 89 il öncəki sənəd gündəmdə

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarının keçməsi üçün Türkiyədən icazə tələb etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi “Türkiyə” qəzetinə istinadən məlumat yayıb.

“Bunun səbəbi 1936-cı ildə bağlanan və Qara dənizdən Aralıq dənizinə qədər Türkiyənin Bosfor və Çanaqqala boğazları üzərində suverenliyini bərpa edən Montrö Konvensiyasıdır. Konvensiya hərbi gəmilərin boğazlardan keçməsini tənzimləyir. Sülh dövründə Qara dəniz dövlətlərinə Türkiyəni xəbərdar etdikdən sonra boğazlardan istənilən sinfə aid döyüş gəmilərini göndərməyə icazə verilir.

Digər dəniz gücləri üçün döyüş gəmilərinin tonajı və qalma müddəti ilə bağlı məhdudiyyətlər var. Türkiyə müharibədə iştirak edərsə və ya bilavasitə müharibə təhlükəsi altında olduğuna inanarsa, boğazları döyüş gəmiləri üçün bağlaya bilər”, – deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin iki nüvə sualtı qayığını “müvafiq ərazilərə” daşımaq əmri verib.

Əliyar Xəlil

Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr