GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“NATO Estoniyada Almaniya-Hollandiya korpusunu yerləşdirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hanno Pevkura deyib.
Bildirilib ki, qərar qəbul olunarsa, korpus Parnu şəhərində olacaq.
“Estoniya hazırda NATO qərargahının qərarını gözləyir. Onun bu il olacağı gözlənilir. Bu xüsusi plan indi daha geniş fazaya keçərək “NATO planı” olub. Bura bizim məsuliyyət zonamızı əhatə edən Almaniya-Hollandiya korpusu və onların əsas komanda məntəqəsi daxildir. Bu, həm korpus səviyyəsində komandanlığı həyata keçirən müttəfiqlərimizə, həm də təbii ki, öz əsgərlərimizə, çağırışçılara aiddir. Müdafiə qüvvələri baxımından çox vacibdir”, – Pevkur bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.