GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski pilotsuz təyyarələrin satın alınmasında aşkar edilən korrupsiya faktları fonunda iki məmuru işdən çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə prezidentin saytında məlumat yayılıb.
“Sergey Qaydayan Mukaçevo rayon administrasiyasının rəhbəri vəzifəsindən, Andrey Yurçenkon isə Rubejnaya şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilib”, – deyə bildirilib.
Qeyd edək ki, avqustun 2-də Ukrayna Milli Antikorrupsiya Bürosu pilotsuz təyyarələrin və elektron müharibə sistemlərinin satın alınmasında saxtakarlığın ifşa olunduğunu açıqlayıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər tədarükçülərlə dövlət müqavilələrini qəsdən şişirdilmiş qiymətlərlə bağlayıblar.
Daxili işlər naziri İqor Klimenko bildirib ki, Milli Qvardiyanın komandiri iş üzrə müttəhimləri tutduqları vəzifələrdən uzaqlaşdırıb. Bu işi şərh edən Zelenski rüşvət alarkən tutulan məmurların cəzalandırılmasını tələb edib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.