GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Xiyara acılıq dadını verən “kukurbitasin” adlı maddədir. Əslində bu acı dadı verən maddə bitkinin yarpaqlarında tapılır. Amma nə vaxt ki, bitki öz optimal şəraitindən daha çətin və ya stressli şəraitə düşür, o zaman acı dadı verən kukurbitasin meyvələrə də yayılır”.
Globalinfo.az xəbər verir ki, bu barədə tədqiqatçı Şuay Abdullayev paylaşım edib.
“Məişətdə belə bir bilgi var ki, guya xiyarın acı olmaması üçün onu gecə sulamaq lazımdır. Elmdə belə bir qənaətə gəlinməyib. Quraqlıq, soyuq və ya ifrat sulama hamısı xiyar bitkisi üçün əlverişsizdir. Bu səbəbdən dolayı bitkinin özünü müdafiə mexanizmi işə düşür. Bitki yenidən nəsil vermək məqsədilə meyvəsini xiyar yeyən heyvanlardan, o cümlədən insandan qorumaq üçün acı dadı verən maddəni yarpaqlardan meyvəyə doğru yayır. Bu hadisə bir növ xiyarın öz orijinal təbiətinə doğru can atmasıdır. Çünki xiyarın əcdadı yəni yabanı olanı acı dada sahib olub, bugünkü halı süni seleksiyanın nəticəsidir”.
Ş.Abdullayev bildirib ki, xiyar, yemiş, kabak, balqabaq eyni ailədəndir və bu səbəbdən dolayı acılıq verən kukurbitasin hər birində ola bilər:
“Kukurbitasin” adlı maddənin bir neçə törəməsi bəzi xərçəngli hüceyrələrin məhv olunmasında yaxşı nəticələr göstərib və bu istiqamətdə işlər inkişaf etdirilir. Acı xiyarı çox yeyən zaman qusma, bağırsaq nahiyəsində narahatlıq hissi yaranır. Sirkə ilə yuduqda isə həmin acı dad səngiyir”.
Leyla Əlisoy
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.