AZ

Hindistanda avtomobilin çaya düşməsi nəticəsində 11 nəfər ölüb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistanın Uttar-Pradeş ştatında yol-nəqliyyat hadisəsi zamanı yolsuzluq avtomobilinin çaya düşməsi nəticəsində 11 nəfər həlak olub.

Oxu.Az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, avtomobildə sürücü də daxil olmaqla 15 nəfər olub. Yerli sakinlər və xilasedicilər maşın çaya düşdükdən sonra batmış avtomobildən 11 nəfərin meyitini çıxarıblar. Ölənlər arasında da uşaqların da olduğu deyilir.

Daha dörd sərnişin xilas edilərək ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
12
oxu.az

10Mənbələr