Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un maliyyə hesabatı şirkətin satışlarının ilin ikinci rübündə artdığını göstərib.
Banco.azxəbər verir ki, buna əsasən, “Amazon”un xalis satışları bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 167,7 milyard dollara çatıb. Şirkət ötən ilin ikinci rübündə 148 milyard dollar xalis satış qeydə almışdı.
“Amazon”un xalis mənfəəti də bu ilin ikinci rübündə 18,2 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 13,5 milyard dollar xalis mənfəət əldə etmişdi.
Elektron ticarət nəhənginin ötən ilin ikinci rübündə 1,26 dollar olan hər səhmə düşən mənfəəti bu ilin eyni dövründə 1,68 dollara yüksəlib.
“Amazon” bu ilin üçüncü rübündə isə 174 milyard dollar ilə 179,5 milyard dollar arasında xalis satış gözlədiyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!