Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində ilk rəsmi oyuna çıxacaq.
QOL..az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ilk oyununda "Hannover"in qonağı olacaq.
Mahir Emreli Bakı vaxtı ilə saat 15:30-da başlayacaq qarşılaşmanın start heyətində yer alıb.
Qeyd edək ki, M.Emreli bu yay 2-ci Bundesliqa klubu ilə 3 illik müqavilə imzalayıb.