AZ

Rusiya Ukrayna hərbi aerodromunu vurdu

​BAKI, 3 avqust. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodromunun infrastrukturuna zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi aerodromun infrastrukturuna, zenit-raket komplekslərinin mövqelərinə, uzaqmənzilli pilotsuz uçuş aparatlarının buraxılması üçün saxlanma və hazırlıq sahələrinə, 139 rayonda Ukrayna birləşmələrinin və xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirilib”, - məlumatda deyilir.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr