AZ

"Goldman Sachs" dondurma nəhəngi "Froneri"də pay almağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” 15 milyard avro dəyərində dondurma istehsalçısını almağa hazırlaşır.

Banco.azxəbər verir ki, “Financial Times” qəzetinin xəbərinə görə, “Goldman Sachs” dondurma istehsalçısı “Froneri” şirkətinə 15 milyard avro (17,13 milyard dollar) dəyərində şərik olmağa hazırlaşır.

İddialara əsasən, bu razılaşma ən tez sentyabr ayında imzalana bilər. Sözü gedən əməliyyat çərçivəsində Fransanın xüsusi investisiya şirkəti “PAI Partners” tərəfindən yaradılmış davam fondunda “Goldman Sachs”ın aktivlərin idarə olunması bölməsinin öncülük etməsi nəzərdə tutulur.

“Froneri” 2016-cı ildə İsveçrə mənşəli “Nestlé” ilə “PAI Partners” şirkətinə məxsus “R&R Ice Cream” arasında yaradılmış bir ortaq müəssisədir. Bu birləşmə nəticəsində iki şirkət Avropanın 20 ölkəsindəki dondurma fəaliyyətlərini bir çətir altında birləşdirmişdi.

“Nestlé” isə 2019-cu ildə ABŞ-dakı dondurma bölməsini də “Froneri”yə sataraq 4 milyard dollarlıq bir müqavilə imzalamış və Häagen-Dazs da daxil olmaqla bir sıra markaların nəzarətini “Froneri”yə təhvil vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
1
1
banco.az

2Mənbələr