Nuri Şahin “Beşiktaş”ı çalışdıra bilər.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, türkiyəli mütəxəssis klub Ole Qunnar Solskyaerlə yollarını ayırmaq qərarına gəlsə, “Beşiktaş”ın baş məşqçi postuna əsas namizəddir.
Bundan əvvəl Türkiyə klubu 2-ci təsnifat mərhələsində “Şaxtyor”a ümumi hesabda 2:6 hesabı ilə uduzaraq Avropa Liqasından kənarlaşdırılıb.
Şahin ötən mövsüm Dortmund “Borussiya”sını çalışdırsa da, yanvarda istefaya göndərilib.