“Bornmut”un və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnının PSJ-yə transferi yekunlaşmaq üzrədir.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, 22 yaşlı futbolçunun transferi Fransa nəhənginə 68 milyon avroya başa gələcək. Mənbə keçidin yaxın günlərdə rəsmən açıqlanacağını vurğulayıb. Zabarnı özü də insayderin sosial şəbəkədə yaydığı məlumatı bəyənib.