AZ

İsrail ordusu Suriyanın cənubunda reydlərə başladı

İsrail hərbçiləri gecə saatlarında Suriyanın cənubunda reyd keçirib.

Axar.az xəbər verir ki, bu barədə İsrailı ordusundan məlumat verilib.

Məlumata görə, reyd Hader kəndi ərazisində keçirilib.

“210-cu diviziyanın qoşunları bölgəyə yerləşdirilib və İsrail mülki əhalisini, xüsusən də Qolan təpələrinin sakinlərini qorumaq üçün hər hansı terrorçu qruplaşmanın Suriyada mövqe tutmasının qarşısını alaraq fəaliyyətini davam etdirir”, - məlumatda bildirilib.

Reydin məqsədinin silah qaçaqmalçılığının qarşısının alınması olduğu qeyd olunub.

Seçilən
8
2
axar.az

3Mənbələr