Rusiya I Liqasında 3-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azətbaycan milli komandasının üzvü Sadıq Bagiyevin şərəfini qoruduğu “SKA Xabarovsk” öz meydanında Moskva “Torpedo”sunu qəbul edib..
Görüş yerli komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 52-ci dəqiqədə Sadiq Bagiyev vurub. Qeyd edək ki, meydan sahiblərinin heyətində daha bir həmyerlimiz – “Sumqayıt”ın sabiq hücumçusu Kamran Əliyev də start heyətində olub.
3 turdan sonra hesabında 7 xal olan Xabarovsk klubu 3-cü yeri tutur.