AZ

Hindistanda avtomobilin çaya aşması nəticəsində 11 nəfər ölüb

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında yolsuzluq avtomobilinin çaya düşməsi nəticəsində 11 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Avtomobildə sürücü də daxil olmaqla 15 nəfər olub”, - hüquq-mühafizə orqanlarından bildirilib. Avtomaşın çaya düşdükdən sonra yerli sakinlər və xilasedicilər batmış avtomobildən uşaqlar da daxil olmaqla 11 nəfərin meyitini çıxarıblar.

Polisin bildirdiyinə görə, daha dörd sərnişin xilas edilərək ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Seçilən
25
12
report.az

10Mənbələr