Sosial şəbəkələrdə yayılan görüntülər Rusiya ordusunun cəbhədəki real faciəsini ortaya qoyur.
Musavat.com xəbər verir ki, səngərdə tək qalan əsgər kameranı meyitlərə çevirərək deyir: “Hamısı bizimkilərdir… Bizi burada öldürürlər. Dronlar, raketlər, avtomatlar – hər gün yüzlərlə rus əsgəri ölür.”
Sonda isə o, sual verir: “Biz burada, Ukrayna torpağında nə edirik axı?..”
Video çoxsaylı rus dilində söyüşlər ehtiva edir.