AZ

Reşford: “Bu mövsüm 100 qol vuracağam”

“Barselona”nın “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşford “blauqrana”nın heyətində bu mövsüm neçə qol vurmağı planlaşdırdığı ilə bağlı sualı cavablandırıb.

Msport.az xəbər verir ki, cinah hücumçusu bu fikirləri səsləndirib:

“Bu mövsüm 100 qol vuracağam (gülür). Düzünə qalsa, bacardığım qədər çox qola imza atacağam. Bilirəm ki, başqa ölkədə, fərqli oyun üslubuna malik komandada oynamaq mənim üçün qeyri-adi olacaq, amma çağırışı qəbul edirəm. Çalışacağam ki, mümkün qədər çox qolla yadda qalım”.

Qeyd edək ki, “Barselona” Reşfordu icarəyə götürdüyünü iyulun 23-də açıqlayıb.

Seçilən
3
1
msport.az

3Mənbələr