AZ

İrəvanda Cennifer Lopezə Azərbaycan yeməkləri verilib

Ötən gecə Cennifer Lopez İrəvandakı “Cascade Royal” restoranında olub. Müğənninin gəlişi təkcə qonaqlar üçün deyil, həm də kollektiv üçün  sürpriz olub. 

“Cebheinfo.az” xəbər verir ki,  restoranın meneceri Mari Vardanyan  ulduzun səfərinin son ana qədər gizli saxlanıldığını bildirib. Yalnız onun komandasının üzvlərinin nahar edəcəyi məlum idi, amma Lopezin özü əsl sürpriz olub. Menecerin sözlərinə görə, müğənni nahar üçün açıq terrası seçib, gizlənməyib və digər ziyarətçilərin diqqətindən yayınmayıb. Əvvəlcə onu demək olar ki, heç kim görməyib,  o, arxası salona oturub. Lakin qonaqlar onu  tanıyan kimi restoranda həyəcan başlayıb.

Maraqlısı isə həmin axşam ulduzun menyusu əsasən Azərbaycan yeməklərindən ibarət olması olub. Amma restoran həmişə olduğu kimi bu dəfə də həmin yeməkləri erməni yeməkləri adı ilə təqdim edib: dolma, kabab, pendir. Mari Vardanyanın sözlərinə görə, Cennifer qəbuldan məmnun qalıb və xüsusilə dolmanın dadını yüksək qiymətləndirib.

Xatırladaq ki, C. Lo İrəvana bir gün əvvəl gəlib və “7 Visions The Dvin Hotel”də qalıb. Müğənninin səfəri konsert turu ilə bağlıdır və bu gün, avqustun 3-də o, İrəvandakı Vazgen Sarkisyan adına stadionda ilk solo konsertini verəcək.

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr