“Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turnirin qalibi Əhməd Əhmədzadə olub. O, 9 turdan sonra hamıdan çox xal toplayıb - 8.

7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

Qeyd edək ki, turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb. 

11-ci dəfə keçirilən “Vugar Gashimov Open” cari il “Azərbaycan Şahmat Turu” layihəsinə daxil edilib.