AZ

Mahir Emreli "Kayzerslautern"in heyətində rəsmi oyunda debüt edə bilər

Bu gün Mahir Emreli "Kayzerslautern"in heyətində rəsmi oyunda debüt edə bilər.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası II Bundesliqada yeni mövsümə start verir.

"Kayzerslautern" Bakı vaxtı ilə saat 15:30-da başlayacaq qarşılaşmada "Hannover"in qonağı olacaq.

Qeyd edək ki, "Kayzerslautern" ötən mövsüm II Bundesliqada 7-ci yeri tutub.

İdman.biz

Seçilən
44
1
idman.biz

2Mənbələr