AZ

"ABŞ və NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm yaradır" - "Reuters"

 
"Avropa ölkələri hesabına hərbi təchizat genişləndirilir..."
 
ABŞ və NATO Ukraynaya silah təchizatını yeni əsasda təşkil etməyə hazırlaşır. Bu mexanizmin maliyyə yükünü Avropa ölkələri daşıyacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Plana görə, Ukraynaya prioritet silahlar 500 milyon dollarlıq paketlərlə göndəriləcək.
 
Yeni sxemə əsasən, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları əsasında "Priority Ukraine Requirements List" (PURL) adlı siyahı tərtib olunacaq. NATO ölkələri bu siyahıya uyğun sursatı ya öz anbarlarından çıxaracaq, ya da ABŞ-dan alacaq. Bütün prosesi NATO-nun baş katibi Mark Rütte koordinasiya edəcək.
 
Avropa rəsmilərindən birinin sözlərinə görə, bu şəkildə Ukraynaya ümumilikdə 10 milyard dollar (təxminən 8,6 milyard avro) dəyərində silah göndərilməsi nəzərdə tutulur. Ancaq bu məbləğin hansı müddətdə reallaşdırılacağı hələ açıqlanmayıb.
 
Tramp Putinə vaxt verir, Ukraynaya silah satır
 
ABŞ prezidenti Donald Tramp iyulun 10-da bildirib ki, Vaşinqton NATO-ya silah satacaq və Alyans bu silahları Ukraynaya göndərəcək. Hələlik mexanizmin detalları açıqlanmasa da, Trampın mövqeyi getdikcə sərtləşir. O, Rusiya prezidenti Vladimir Putindən narazılığını gizlətmir və iyulun 29-da ona müharibəyə son qoymaq üçün 10 gün vaxt verdiyini açıqlayıb. Kreml bu ultimatumun "nəzərə alındığını" bəyan edib.
 
Almaniyadan Ukraynaya növbəti "Patriot" kompleksi
 
Avqustun 1-də Almaniya müdafiə naziri Boris Pistorius bəyan edib ki, Berlin yaxın günlərdə Ukraynaya iki ədəd "Patriot" zenit-raket sistemi göndərəcək. Növbəti iki-üç ay ərzində isə bu sistemin əlavə komponentləri də Kiyevə təhvil veriləcək. Bu addım Vaşinqtonun Almaniyanı yeni nəsil "Patriot" sistemləri ilə təmin edəcəyinə dair verdiyi vəddən sonra mümkün olub. 
 
Hazırda Almaniyanın istifadəsində cəmi altı kompleks qalıb: onların üçü artıq Ukraynaya verilib, ikisi Polşada yerləşdirilib, biri isə təlim məqsədilə istifadə olunur. Bundan öncə Pistorius deyib ki, Almaniya Kiyevə beş əlavə "Patriot" sistemi göndərmək üçün çalışacaq.
Seçilən
7
moderator.az

1Mənbələr