“Tottenhem” Son Xın Minin gedişindən sonra yeni transfer etmək haqqında düşünür. Msport.az “AS”-a istinadən xəbər verir ki, London klubu “Real”ın cinah hücumçusu Rodriqo Qoesi almaq istəyir.
“Tottenhem” koreyalı futbolçunun müqaviləsi başa çatdıqdan sonra əlavə maliyyə ehtiyatlarına sahib olacaq. Son Xın Min ildə 11 milyon avro qazanır. Bu məbləğ Braziliya millisinin üzvünün transferinə xərclənə bilər.
Tomas Frank Rodriqoya hücumun sol cinıhanda oynamağə da təklif edir. Bu forvardın sevimli mövqeyidir.