Bu gün Rusiyanın Kamçatka diyarının Fövqəladə Hallar Nazirliyi sahilboyu bölgədə 6,8 bal gücündə afterşok qeydə alındığını bildirib.
Bizim.Media xəbər verir ki, məlumata görə, yeraltı təkanlar Sakit okeanda baş verib və Petropavlovsk-Kamçatsk ilə Vilüçinsk sakinləri təkanları 4–5 bal gücündə hiss ediblər. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 277 km uzaqlıqda, 26 km dərinlikdə yerləşib.
Kamçatka sunami müşahidə və xəbərdarlıq mərkəzinin hesablamalarına əsasən, afterşok nəticəsində maksimum 19 sm hündürlüyündə sunami dalğalarının Aleut bələdiyyəsinə, 15 sm-lik dalğaların Ust-Kamçatka bələdiyyəsinə və 3 sm-lik dalğaların Petropavlovsk-Kamçatski şəhərinə çatması mümkündür.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta