AZ

Kamçatkadakı Kraşeninnikov vulkanı 600 ildən sonra aktivləşdi - FOTO

​BAKI, 3 avqust. TELEQRAF

Kamçatkanın şərqində yerləşən Kraşeninnikov vulkanı avqustun 3-ü səhər saatlarında təxminən 600 ildən sonra yenidən aktivləşib.

Teleqraf xəbər verir ki, bu barədə Kamçatka Vulkanik Partlayışlara Reaksiya Qrupu məlumat yayıb.

Bildirilib ki, vulkandan 6 kilometr hündürlüyə qədər kül qalxıb və regionda aviasiya üçün narıncı təhlükə siqnalı elan edilib. Kül buludu Sakit Okean istiqamətində şərqə doğru hərəkət edir və yaşayış məntəqələrinə zərər vurmayıb.

Kraşeninnikov vulkanının son partlayışı təxminən XVI əsrin ortalarına aiddir və o vaxtdan bəri vulkan yatmış hesab olunurdu. Alimlər vulkanın aktivləşməsinin səbəbini son dövrlərdə Sakit Okeanda baş verən güclü zəlzələ ilə əlaqələndirirlər. Bu zəlzələ regionun yer qabığında gərginliyin yenidən bölüşdürülməsinə səbəb olub.

Seçilən
38
teleqraf.com

1Mənbələr