AZ

Xaçmaz və Yevlaxda yanğın oldu

​BAKI, 3 avqust. TELEQRAF

Xaçmaz rayonunun Uzunoba kəndində yanğın olub.

Bu barədə Teleqraf-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Yevlax şəhərinin Aşağı Qarxun kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 315 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 84 m² sahədə, damına yığılan 5 ton ot bağlaması və ətrafında 2 ha sahədə kol-kos yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
1
teleqraf.com

1Mənbələr