BAKI, 3 avqust. TELEQRAF
Rusiya hakimiyyəti Ukraynadakı məqsədlərinə çatmaq üçün kompromisə hazır deyil. Onların fikrincə, Kreml yalnız Ukraynanın tam təslim olduğu sülh planını qəbul edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Analitiklərin məlumatına görə, Rusiya rəsmiləri, xüsusilə də xarici işlər naziri Sergey Lavrov bu mövqeni təkrarlayır. O məsuliyyəti Ukrayna tərəfinin üzərinə ataraq Volodimir Zelenskinin danışıqlar üçün öz şərtlərini tez-tez dəyişdiyini iddia edir.
Lavrov həmçinin Kremlin “sülhə aparan yol” kimi irəli sürdüyü əsas tələblərini təkrar edib. Onun sözlərinə görə, istənilən sülh razılaşması müharibənin “dərin səbəblərini” aradan qaldırmalıdır.