"Udineze" Polşa millisinin yarımmüdafiəçisi Yakub Petrovskini transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu Bolqarıstanın "Ludoqorets" klubundan İtaliya təmsilçisinə keçib və onunla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Petrovski "Ludoqorets"də keçirdiyi 3 mövsüm ərzində 142 oyuna çıxaraq 26 qol vurub və 21 qol ötürməsi edib.
“Nyukasl”da yeni qolkiper - RƏSMİ
Son “Tottenhem”i tərk edəcək
“Bavariya”nın futbolçusu zədələnib
Gilardi rəsmən “Roma”da
“Qalatasaray”ın yarımmüdafiəçisi üçün 40 milyon avro