AZ

İbrahim Qədirzadə daha bir il “Karvan”da

2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Karvan” yarımmüdafiəçisi İbrahim Qədirzadə ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni müqavilə imzalanıb.

İbrahim Qədirzadə ötən mövsüm “Karvan”ın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb. “Xəzər Lənkəran”ın yetirməsi olan futbolçu “Qarabağ” (U-19), MOİK, “Neftçi” (əvəzedicilər), “Samtrediya”, “Kəpəz”, “Zaqatala” kimi klublarda da forma geyinib.

“Karvan” daha öncə Kamran İbrahimovla da yeni müqavilə bağlamışdı. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə komandanı tərk ediblər. Gedənlərin əvəzində Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov və Moise Nqvisani Yevlax klubuna cəlb ediliblər.

Seçilən
6
arena.az

1Mənbələr