AZ

AZAL 1 saatlıq uçuş üçün 1282 manat! alır!

"AZAL - Azerbaijan Airlines təxminən 1 ay sonra Bakı–Tbilisi-Bakı reysi üçün - yəni 1 saatlıq birbaşa uçuş üçün 1282 manat tələb edir. Bu sadəcə dəhşətdir, hətta 5-6 saatlıq, rentabelsiz uçuşlarda belə qiymət tənzimlənməsi yoxdur. Bu məbləğə demək olar ki, Avropanı tam gəzib bitirmək olar".

XəzərNews.azxəbər verir ki, bu barədə məlumatı jurnalist Fərid Şahbazlı paylaşıb.

Jurnalist qeyd edib ki, halbuki Bakı-Tbilisi marşrutu təkcə turistlər üçün deyil, həm də sıx mədəni, iqtisadi və ailəvi əlaqələri olan insanlar üçün əhəmiyyətlidir:

"Azərbaycan Hava Yolları (AZAL) uzun illərdir ki, təhlükəsiz və keyfiyyətli xidmət adı altında monopolist qiymət siyasəti yürüdür. Ən sadə reyslər belə orta statistik vətəndaş üçün əlçatmaz hala gəlib.

XXI əsrdə bu qədər bahalı və əlçatan olmayan hava nəqliyyatı — nə qədər məntiqlidir?

AZAL anlamalıdır ki, uçmaq həmişə lüks deyil, bir çox hallarda ehtiyacdır".

Xəbər 1 dəfə oxunub.
Seçilən
2
xezernews.az

1Mənbələr