AZ

Kurildə güclü ZƏLZƏLƏ

Bazar günü Saxalin vilayətində Severo-Kurilsk yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.

“Cebheinfo.az” xəbər verir ki, bunu Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova  “Novosti”-yə bildirib:

"Avqustun 3-də saat 16:37-də Sakit okeanda 6,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 124 kilometr şərqdə, ocağı isə 19 kilometr dərinlikdə yerləşib".

Agentliyin mənbəsinin məlumatına görə, Severo-Kurilsk sakinləri 4 bal gücündə zəlzələ hiss ediblər.

Son günlər bölgədə bir-birinin ardınca güclü zəlzələlər baş verir.

Seçilən
14
cebheinfo.az

1Mənbələr