AZ

Hava limanında məhdudiyyətlər tətbiq edilib

Hava

Rusiyanın Pulkovo hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir. Leninqrad vilayətindəki məhdudiyyətlər Kalininqraddan uçuşlar üçün hava marşrutlarından istifadəyə təsir göstərib.

Reyting.az
xəbər verir ki, bunu “Rosaviasiya”-nın nümayəndəsi Artem Korenyako Telegram kanalında bildirib.

Məlumata görə, avqustun 3-də səhər saatlarında bölgədə hava təhlükəsi elan edilib. Qonşu Pskov vilayəti isə gecə saatlarında PUA hücumuna məruz qalıb. Pskov hava limanı bir neçə saat işləməsə də, hazırda normal rejimdə çalışır.

Soçi hava limanında da gecə saatlarında pilotsuz təyyarə hücumu səbəbindən məhdudiyyətlər tətbiq edilib. Artıq hava limanı normal iş rejiminə qayıdıb.

ELÇİN

Seçilən
1
reyting.az

1Mənbələr