Rusiyanın Soçi şəhərinin Adler rayonundakı neft bazasında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Soçinin meri Andrey Proşunin "Telegram" kanalında bildirib.
Merin sözlərinə görə, yanğın yanacaq çənində baş verib: "PUA-nın parçaları qaraj kooperativindəki tikiliyə dəyib. İlkin məlumata görə, xəsarət alan yoxdur".
Krasnodarın qubernatoru Veniamin Kondratyev isə neft məhsullarının olduğu çənin yandığını söyləyib. Onun sözlərinə görə, yanğını söndürülməsinə 127 nəfər və 35 ədəd texnika cəlb olunub.
PUA hücumları təhlükəsi səbəbindən Soçi aeroportu müvəqqəti bağlanıb.